Bu ilin 6 ayı ərzində Rusiyada terror xarakterli 1,6 mindən çox cinayət törədilib. Bu, son 18 ilin eyni dövrləri ilə müqayisədə ən yüksək göstəricidir.
Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin materiallarında deyilir.
Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında terror xarakterli 1651 cinayət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,4% çoxdur.
2006-2023-cü illərdə bu rəqəm 1,4 min cinayətə belə çatmayıb. Ən yüksək rəqəmlər 2022 və 2016-cı illərdə qeydə alınıb, yanvar-iyun aylarında müvafiq olaraq 1332 və 1313 terror cinayəti törədilib.