Rusiyada tələbələrin hərbi hazırlıq üzrə yay yığımı təxirə salınıb.

Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, bu qərar Federasiyada koronavirusla əlaqədar yaranmış vəziyyət və infeksiyanın yayılmaması tədbirləri çərçivəsində qəbul edilib.

“Bəzi ali məktəblərdə tələbələrin hərbi xidmətə çağırışı 2021-ci ilə keçirilib”, – Rusiyanın Müdafiə Nazirliyi açıqlayıb.

Qeyd edək ki, Rusiyada indiyədək 423 741 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 5 037 nəfəri ölüb, 186 985 nəfər isə sağalıb.

İstinadlar Report