Rusiyada Naxodka dəniz limanında “Amerika körfəzi” tankerində partlayış baş verib.

Yük göyərtəsində hava-qaz qarışığının partlaması nəticəsində iki nəfər ölüb.

Qeyd olunur ki, göyərtədə, ümumilikdə, 12 nəfər olub. Hazırda 1 nəfər itkin düşüb, axtarış tədbirləri həyata keçirilir. Gəmidə yanğın olmayıb. Faktla bağlı cinayət işi açılıb.

İstinadlar Report