Rusiya qanunvericiliyinin pozulması səbəbilə ölkə ərazisində “Signal” messencerinə giriş məhdudlaşdırılıb.
Bu barədə Rabitə, İnformasiyaTexnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsinə Nəzarət Federal Xidmətinin (Roskomnadzorun) mətbuat xidməti məlumat yayıb.
“Signal” messencerinə giriş Rusiya qanunvericiliyinin tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb”, – deyə bildirilib.
Qeyd olunub ki, messencerdən terror və ekstremist məqsədlərlə istifadənin qarşısını almaq üçün bu qərarın həyata keçirilməsi zəruri hal alıb.