Rusiyada Olekminsk-Yakutsk marşrutu üzrə uçan “An-24” təyyarəsi şassinin sınmasına görə eniş edə bilməyib.

Bu barədə Yakutiyanın Xilasetmə Xidməti məlumat yayıb.

“Saat 13:15-də Yakutiya Xilasetmə Xidmətinin növbətçi dispetçerinə məlumat daxil olub – Olekminsk-Yakutsk marşrutu üzrə uçan “An-24” təyyarəsi Yakutsk hava limanında eniş edə bilmir. “Polyar Hava Yolları”na məxsus təyyarə saat 13:15-də eniş etməli idi. Səbəb şassinin sınması olub”, – məlumatda qeyd edilib.

Daha sonra regionun xilasetmə xidməti təyyarənin hava limanına uğurla eniş etdiyini bildirib.

İstinadlar Report