
Rusiyada “ştat cədvəlinin optimallaşdırılması” məqsədilə regional mərkəzlərdə təxminən 20 şəhər prokurorluğu ləğv edilir.
Şəhər prokurorluqları xüsusilə Kalininqrad, Kemerovo, Kursk, Xabarovsk, Tomsk, Stavropol, Samara, Saratov, Orenburq, Bryansk və digər vilayətlərdə ləğv ediləcək.
“Kommersant”ın qeyd etdiyi kimi, ləğv edilmiş prokurorluqların funksiyalarını yuxarı regional nəzarət orqanları həyata keçirəcək.