Rusiyanın Sverdlovsk vilayətində 18 nəfərin metil spirti ilə zəhərlənərək ölməsində təqsirli bilinən iki nəfər həbs olunub.

Çkalovsk rayon məhkəməsi saxta spirtli içki satışı ilə məşğul olan Nadir Məmmədov və Armen Avetisyanı iki ay müddətinə azadlıqdan məhrum edib. 

Sverdlovsk vilayətində 18 nəfər metil spirtindən zəhərlənərək dünyasını dəyişib. “Vahid Rusiya” partiyasının “Xalq Nəzarəti” layihəsinin bölgə üzrə koordinatoru Dmitri Çukreev bildirib ki, ilkin məlumata görə, metil spirtindən ölənlərin sayı 26-ya çatıb.

Faktla bağlı cinayət işi başladılıb. Nadir Məmmədov və Armen Avetisyan daha əvvəl təqsirli qismində saxlanılmışdı. Bildirilir ki, daha sonradan həmin şəxslərə spirtli içki tədarük edən iki nəfər də saxlanılıb.

İstinadlar Qafqazinfo