Rusiyanın Bryansk şəhərində məktəbdə səkkizinci sinif şagirdi atəş açıb.

Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Hadisə 5 saylı gimnaziyada baş verib.

“Səkkizinci sinif şagirdi odlu silahla məktəbə daxil olub və ondan bir neçə dəfə atəş açıb”, – agentliyin mənbəsi bildirib.

İstinadlar Report