Rusiyanın bütün regionlarında analoq efir yayımı rəsmən dayandırılıb. Rəqəmli televiziya üçün yerüstü infrastrukturun yaradılmasına 80 milyard rubl sərf olunub. Bu barədə Rusiya Teleradio Yayımı Şəbəkəsinin baş direktoru Andrey Romançenko bildirib.

Rəqəmli yayıma keçid mərasimi Rusiyanın Kosmik Uçuşları İdarəetmə Mərkəzində keçirilib. Beynəlxalq Kosmik Stansiyada olan kosmonavt Aleksandr Skvorsov mərkəzlə canlı bağlantı zamanı noutbukda analoq efir yayımının dayandırılmasını bildirən rəmzi düyməni basıb.

Baş direktor A.Romançenko mərasimdən sonra jurnalistlərlə müsahibədə qeyd edib ki, rəqəmli televiziya proqramının icrasına beş kosmik aparat cəlb olunub. O əlavə edib ki, proqram 9 il bir ay ərzində həyata keçirilib. Onun sözlərinə görə, hazırda Rusiyada dünyanın ən böyük televiziya şəbəkəsi fəaliyyət göstərir. “Ölkəmizdə hər gün orta hesabla bir teleqüllə istifadəyə verilib və üç yeni rəqəmli ötürücü işə salınıb. Hazırda şəbəkədə obyektlərin sayı 5040 təşkil edir. Onlar üzərində 10080 ötürücü işləyir”, – o vurğulayıb.

Oxumağa dəyər:   Prezident dünya dini liderlərinin II Sammitinin açılışında - Fotolar

Nizam Nuriyev

İstinadlar ict news