Rusiyanın paytaxtı Moskvada qadın polis maşınında uşaq dünyaya gətirib.

Yol polisləri iş başında olarkən bir nəfər onlara yaxınlaşaraq həyat yoldaşının təcili xəstəxanaya çatdırılmalı olduğunu, lakin tıxacda qaldıqlarını deyib.

Yol polisləri qadını xidməti maşınla xəstəxanaya aparmağa çalışıblar və həmin zaman doğuş başlayıb. Onlar təcili yardım çağıraraq doğuşu qəbul ediblər.

Həkimlər hadisə yerinə gələnə qədər oğlan uşağı dünyaya gəlib. Körpənin və ananın vəziyyətinin normal olduğu bildirilir.

İstinadlar Qafqazinfo