
Rusiyada son bir gündə daha 21 513 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 677 352 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 580 nəfər artaraq 68 412-yə yüksəlib.