Rusiyada son bir gündə daha 7 212 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 136 048 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 108 nəfər artaraq 20 056-ya yüksəlib. 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 934 146 nəfər sağalıb.

İstinadlar Report