Moskva məhkəməsinin qərarı ilə Rusiyada keçmiş müdafiə nazirinin müavini, ordu generalı Timur İvanov və onun qohumlarının aktivləri, bank hesabları və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub.

“Onun və həyat yoldaşının, həmçinin keçmiş arvadının və övladlığa götürülənləri də daxil olmaqla, beş uşağının adına olan hər şey, bütün əmlaklarının üzərinə artıq həbs qoyulub”, – agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, Moskvanın Basmannı məhkəməsi istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.

İstinadlar Report