Rusiyanın Dağıstan Respublikasının Buynaksk rayonunda 55 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə respublika prokurorluğu məlumat yayıb.

İlkin məlumatlara görə, xəstəxanaya yerləşdirilənlərin hamısı yerli qənnadı məmulatlarından zəhərlənib.

Faktla bağlı “İstehlakçıların həyat və sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən malların istehsalı və satışı” maddəsi ilə cinayət işi başlanıb.

İstinadlar Report