Rusiyanın Tomsk şəhərində bir kişi bıçaqla RF Milli Qvardiyası Qoşunları Federal Xidmətinin qvardiyaçısına yaşadığı binanın qarşısında hücum edib.

Məlumatı Rusiya Qvardiyasının Sibir dairəsinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Tomsk şəhərindəki mənzillərdən birinə baxış keçirilməsi ilə bağlı məlumat daxil olub. Qapı döyülsə də, cavab verilməyib. Ev yiyəsinin qızı gəlib. Yenə qapını açmaq mümkün olmayıb. Bir müddət sonra qapı açılıb, içəridən əlində bıçaq və quruluşundan odlu silaha oxşar vasitə ilə çıxan şəxs atəş açıb. Nəticədə mülki şəxs və qvardiyaçı yaralanıb.

İstinadlar Report