Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda ittiham olunan sabiq televiziya redaktoru Marina Ovsiyannikovaya qarşı cinayət işi başlanılıb.

Bu barədə onun vəkili Dmitri Zaxvatov bildirib.

Bildirilib ki, hüquq-mühafizə orqanları avqustun 10-da səhər saat 6 radələrində Marina Ovsiyannikovanın yaşadığı mənzildə əməliyyat keçirib. Beləlikıə, jurnalistin mənzilində axtarış aparılıb.

O, “Rusiya Silahlı qüvvələrinin fəaliyyəti haqqında yalan informasiya” yaymaqda ittiham olunaraq cinayət işi başlanılıb.

Bu maddə üzrə onu böyük məbləğdə pul cəriməsi, yaxud 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, daha əvvəl M.Ovsiyannikova iyulun sonunda qeyd olunan maddə üzrə 50 min rubl, avqustda isə 40 min rubl məbləğində cərimə olunub.

İstinadlar Report