
Rusiyanın “Salyut” müdafiə sənayesi zavodunun baş direktoru Nikolay Porollonun meyiti bu gün səhər Samaradakı evində aşkar edilib.
Bu barədə regionun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“İlkin məlumatlara görə, bu, intihardır”, – mənbə vurğulayıb.
Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.