Rusiyada kvant texnologiyalarının inkişafına yönələn federal layihənin həyata keçirilməsi çərçivəsində Milli Kvant Laboratoriyası inşa ediləcək. Bu barədə mətbuat konfransında jurnalistlərə “Rosatom” dövlət korporasiyasının kvant texnologiyaları üzrə layihə ofisinin rəhbəri Ruslan Yunusov bildirib.

Yeni struktur universitet, elmi mərkəz, texnoloji şirkət, maliyyə təşkilatı, startap və tərtibatçı komandaların kvant kompüterlərinin yaradılması sahəsində səy və resurslarını birləşdirəcək. Yaradılan konsorsiumun iştirakçıları kvant hesablamaları sahəsində işlərin aparılması üçün lazımi infrastrukturun inkişafı ilə məşğul olacaq, eləcə də kadr hazırlığını təmin edəcəklər.

“Dünyada milli proqramlar çərçivəsində kvant texnologiyalarının inkişafını təkcə biz düşünmürük. Onlar bu yaxınlarda Avropa, Çin, ABŞ və Hindistanda istifadəyə verilib. Hazırda biz kvant texnologiyalarının inkişafı üzrə milli “yol xəritəsi” çərçivəsində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün Milli Kvant Laboratoriyası yaradırıq”, – korporasiya təmsilçisi əlavə edib.

Nizam Nuriyev

İstinadlar ict news