
Rusiyanın Tula vilayətində Kaluqa-Tula-Mixaylov-Ryazan avtomobil yolunda mikroavtobus və yük avtomobili toqquşub.
Hadisə nəticəsində 9 nəfər ölüb.
Qeyd olunub ki, qarşı zolağa çıxan “Volkswagen Transporter” mikroavtobus yük avtomobili ilə toqquşub. Daha sonra hər iki nəqliyyat vasitəsi yol kənarındakı xəndəyə aşıb.