Rusiyanın Tatarıstan Respublikasında orta məktəblərin birində silahlı insident baş verib. Belə ki, naməlum şəxs paytaxt Kazanda yerləşən məktəblərdən birinə hücum edib.

Ilkin məlumata görə, hadisə zamanı 9 nəfər həyatını itirib. Onlardan səkkizinin şagird, birinin isə müəllim olduğu qeyd edilib.

Hücum barədə hələlik rəsmi açıqlama verilməsə də, “İnterfaks” qeyd edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları basqın edən 17 yaşlı yeniyetməni saxlayıblar.

İstinadlar Qafqazinfo