
Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan altı şəxs cəzaçəkmə müəssisəsinin iki əməkdaşını girov götürüb.
Bu barədə TASS məlumat yayıb.
Belə ki, məhkumlar təcridxanadakı kameranın pəncərəsinin barmaqlıqlarını sındıraraq növbətçi məntəqəyə daxil olublar və nəzarətçi ilə əməliyyat zabitini girov götürüblər.
Qeyd olunub ki, cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər. Artıq vilayətin Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın bütün şəxsi heyəti istintaq təcridxanasına göndərilib.