Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” şaxtasında baş vermiş qəzadan sonra 12 xilasedici xəstəxanalarda müalicə olunur.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyan RTVI kanalında deyib.

“Hazırda tibb müəssisələrində 12 xilasedici var. Bundan əvvəl 16 nəfər ambulator müalicəyə buraxılıb, artıq evdədir”, – Çupriyan bildirib.

Xatırladaq ki, noyabrın 25-də Kemerovo vilayətinin Belovski rayonundakı “Listvyajnaya” mədənində qəza baş verib. Hadisə zamanı mədəndə 285 şaxtaçı olub, onlardan 239-u təxliyə edilib, 5-i mədən xilasedicisi daxil olmaqla 51 nəfər ölüb.

İstinadlar Report