Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusunda maska taxmamağa görə düşən dava nəticəsində 53 yalşı kişi bıçaqlanaraq öldürülüb.

Məlumatı “Sözcü” yayıb.

Bildirilib ki, avtobusa maskasız minən cütlüyə 53 yaşlı maska taxmamalarını irad tutub. Maska taxmayan cütlük xəbərdarlıq edəni yumruqlayıblar. Bundan sonra onu bıçaqlayıb, avtobusdan aşağı atıblar.

Adı açıqlanmayan kişi bıçaq zərbərlərindən aldığı yaralardan xəstəxanada ölüb. Hadisə ilə bağlı cinayət işi başlanılıb.

İstinadlar Report