Rusiya Baş nazirinin müavini Tatyana Qolikova koronavirus pandemiyası ilə əlaqədər oktyabrın 30-dan noyabrın 7-dək ölkədə tətil günləri elan edildiyini bildirib.

O, işəgötürənlərə işçilərin peyvəndlənməsi üçün iki günlük istirahət vermələrini təklif edib.

Eyni zamanda noyabrdan sonra obyektlərin ancaq QR kodla açılması təklif olunub.

Bildirilib ki, bəzi bölgələrdə vətəndaşlar oktyabrın 23-dən tətilə göndərilə bilərlər.

T.Qolikova müvafiq təşəbbüslə Baş nazir Mixail Muşistinə müraciət edib və təklif dəstəklənib.

İstinadlar Report