Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 739 nəfər artaraq 319 911-ə yüksəlib.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, son bir gündə daha 23 820 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 747 125 nəfərə çatıb.

İstinadlar Report