Rusiyada son sutkada 5 212 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 882 347 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 129 nəfər artaraq 14 854-ə yüksəlib.

İstinadlar Report