
Rusiyanın Kemerovo vilayətinin Leninsk-Keznetsk dairəsində S.D.Tixov adına daş kömür mədənin uçması nəticəsində 3 nəfər ölüb.
Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti bildirib.
Məlumata görə, dağıntı zaman şaxtada 44 nəfər olub, onlarda 41-i torpağın üstünə çıxarılıb. Şaxtaçıları həkim müayinə edib.