Rusiyanın Saratov vilayətində çayda iki katerin toqquşması nəticəsində 2 nəfər ölüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi regional baş idarəsi mətbuat xidmətinin rəisi Natalya Kuliçenkova mayın 16-da jurnalisltərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Proqress” adlı katerdə qadın və kişi olub. Onların ikisi də toqquşma nəticəsində aldıqları xəsarətlərdən ölüb. Digər katerdə 3 nəfər olub. Onların heç biri xəsarət almayıb.

İstinadlar Report