Rusiyanın Krasnodar diyarında baş verən yol qəzası nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı Baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə Ust-Labinsk-Labinsk avtomobil yolunun 9 km-liyində, Nekrasov stansiyasında baş verib. “VAZ-2114” markalı minik avtomobili təcili tibbi yardım avtomobili ilə toqquşub. “VAZ”da 3 uşaq, 4 yaşlı sərnişin olub. Onlardan ikisi uşaq olmaqla 6 nəfər ölüb, bir uşaq isə xəsarət alıb. Təcili yardım maşınının sürücüsü və iki tibb işçisi də yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilib.

İstinadlar Report