Rusiyada təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.

Plənlərin sayı dörd nəfərə çatıb.

Rusiyanın Ryazan vilayətində “İl-76” tipli təyyarə mühərrikin qəfil alışması nəticəsində qəzaya uğrayıb. Hadisə zamanı təyyarənin göyərtəsində 10 nəfər olub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

07:28

Rusiyada İl-76 hərbi-nəqliyyat təyyarəsi mühərrikində yaranan nasazlıq səbəbindən Ryazan vilayətində sərt eniş edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verir.

Qeyd olunub ki, təyyarə yerlə təmas zamanı qismən məhv olub. Xəsarət alan ekipaj üzvləri xəstəxanalara çatdırılıb.

“İnterfax” isə mənbələrinə istinadən xəbər verir ki, hərbi təyyarənin qəzaya uğraması zamanı üç nəfər ölüb, 6 nəfər xəsarət alıb.