Rusiyanın Kamçatka diyarının Yelozovsk rayonunda “Mi-8” helikopterinin sərt enişi nəticəsində 10 nəfər xəsarət alıb.

Məlumatı regional fövqəladə hallar idarəsinin mətbuat xidməti yayıb.

Məlumatda bildirilib ki, helikopterin göyərtəsində 7 sərnişin və 3 ekipaj üzvü, texniki yük də olub. Qəzanın nəticələrinin aradan qaldırlıması üçün hadisə yerinə 11 nəfər və 2 texnika cəlb edilib.

İstinadlar Report