Rusiyanın Tver vilayətində “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Bunu vilayətin Səhiyyə İdarəsindən bildiriblər.

Qeyd olunub ki, bu, ilkin informasiyadı və ölən və xəsarət alanların sayı dəqiqləşdirilir.

Hadisə yerinə xilasedicilər və həkim briqadası cəlb olunub.

İstinadlar Report