Rusiyanın Arxangelsk vilayətində “Robinson” helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər həyatını itirib, iki nəfər xəsarət alıb, bir nəfər itkin düşüb.

Helikopter Ağ dənizə düşüb.

“Təəssüf ki, bir nəfər həlak olub, iki nəfər sağdır, amma ağır vəziyyətdədirlər. Bir nəfərin taleyi məlum deyil”, – qurumda deyiblər.