“Rusiyada ciddi hərbi-siyasi vəziyyətə görə orduda xidmət müddətinin artırılması məsələsi çoxdan gündəmə gəlib”.

Bunu “News-ru”ya Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev deyib.

Onun hesablamalarına görə, çağırışçılar ilk altı ay təlim hissələrində təhsil almalı, sonra isə daha bir il yarımı birbaşa qoşunlarda xidmət keçirməlidirlər. Nəticədə əsgərlər düşmənin hücumlarını dəf etməyə qadir, güclü, yaxşı təlim keçmiş olacaqlar.

İstinadlar Report