Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) “Alfa” xüsusi təyinatlı bölməsinin başçısı Valeri Kanakin vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə “İnterfaks”a “Alfa” Antiterror Bölməsi Veteranlarının Beynəlxalq Assosiasiyasının fəxri prezidenti Sergey Qonçaryov məlumat verib.

O hesab edir ki, V.Kanakinin işdən çıxarılması bir neçə xüsusi təyinatlının soyğunçuluq şübhəsi ilə saxlanması ilə əlaqədar deyil. İşdən çıxarıldıqdan sonra V.Kanakin xüsusi təyinatlıların veteranlar assosiasiyasının prezidenti olub.

Xatırladaq ki, iyulun 5-də məhkəmə soyğunçuluqda ittiham edilən 5 FTX əməkdaşını azadlıqdan məhrum edib, ikisinə isə ev dustaqlığı cəzası verilib. O vaxt S.Qonçaryov təqsirləndirilən şəxslər arasında “Alfa” xüsusi təyinatlı bölməsinin üç əməkdaşının olduğunu söyləmişdi. İş üzrə adı keçən şəxslər arasında FTX-nin İqtisadi Təhlükəsizlik Xidmətinin əməkdaşları da var.

İstinadlar Report