Sentyabrın 21-də Rusiyanın paytaxtı Moskvada qismən səfərbərliyə qarşı keçirilən etiraz aksiyasında saxlanılanlara polis bölmələrində hərbi komissarlığa çağırışla bağlı vərəqə verilib.

Məlumatı “Radio Svaboda” yayıb.

Bildirilib ki, aksiyada iştirak etdiyinə görə saxlanılan Yabloko Partiyasının üzvü Kirill Qonçarov Moskvanın Mojask rayon polis bölməsi tərəfindən ona verilən çağırış vərəqinin surətini yayıb.

Saxlanılanlardan birinin xanımı da həyat yoldaşına çağırış vərəqini hərbi komissarın şəxsən təqdim etdiyini bildirib. Rusiyanın Voronej şəhərində də səfərbərliyə etiraz olaraq keçirilən aksiyasında saxlanılan bir neçə nəfərə sentyabrın 23-də yerli hərbi komissarlığa gəlmələri barədə çağırış vərəqi verilib.

İstinadlar Report