Rusiyanın Omsk şəhərində Kuybışev rayon məhkəməsi şəhər sovetinin deputatı Dmitri Petrenko barəsində axtarış elan edib.

Bu barədə Kuybışev rayon məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ona yaşadığı mənzili tərk etmək qadağan olunubmuş. O, şəhər sovetinin iclaslarında iştirak etmirmiş. İlkin məlumata əsasən, Dmitri Petrenko Rusiyadan xaricdədir.

“Axtarış elan edilməklə yanaşı, onun barəsində həbs-qətimkan tədbiri də seçilib. O, indiyədək məhkəmə iclaslarında iştirak etməyib”, – məhkəmədən bildirilib.

İstinadlar Report