Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb

Qəzaya uğrayan “An-148” təyyarəsində sağ qalanlar yoxdur.
Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub.
***
Moskvanın “Domodedovo” aeroportundan havaya qalxan “An-148” sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib.
Bu barədə TASS agentliyinə Təcili Yardım Xidmətindən məlumat verilib.
Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonuna düşüb.
Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü var.
***
Rusiyada sərnişin təyyarəsi radardan itib.
TASS agentliyinin verdiyi məlumata görə, Moskvadan Orska uçan təyyarə radardan itib.
Təyyarənin göyərtəsində 65 sərnişin və heyət üzvləri var.
İstinadlar APA