Rusiyanın İrkutsk vilayətindəki daşqın zonasında 8 nəfər itkin düşmüş hesab edilir.

Bubarədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin nümayəndəsi bildirib.

“Hüquq-mühafizə orqanlarına daha bir ərizə İrkutsk vilayətinin daşqın zonasında itkin düşmüş sakininin qohumlarından daxil olub. Beləliklə, 8 nəfər insan itkin düşmüş hesab edilir”, – nümayəndə deyib.

Qeyd edək ki, İrkutskda daşqınla əlaqədar xəstəxanaya yerləşdirilənlərin sayı 647 nəfərə çatıb. Daşqın nəticəsində ölənlərin sayı isə 23 nəfərə çatıb.

İstinadlar Report