Rusiyada son bir gündə daha 6 595 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 128 836 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 149 nəfər artaraq 19 948-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 929 829 nəfər sağalıb.

İstinadlar Report