Rusiyada son bir gündə daha 5 057 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 907 758 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 124 nəfər artaraq 15 384-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 716 396 nəfər sağalıb.

İstinadlar Report