Yakutiyanın Mirnıy şəhərindən Moskvaya uçan “Boeing 737-800” təyyarəsi Rusiya Federasiyasının Komi Respublikasının Sıktıvkar şəhərinin hava limanına qəza enişi edib.

Rusiya İstintaq Komitəsinin Şimal-Qərb Nəqliyyatda İstintaq İdarəsinin nümayəndəsinin sözlərinə görə, hazırda istintaqdan əvvəlki yoxlamalar aparılır. İlkin versiyaya görə, qəza enişinə səbəb mühərrikin dayanması olub.

O əlavə edib ki, təyyarə hazırda Sıktıvkar hava limanındadır.

“Sərnişinlərdən heç biri xəsarət almayıb, hər kəs sağ və salamatdır”, – qurum rəsmisi deyib. Sərnişinlərin sayı açıqlanmır.

İstinadlar Report