
Rusiyanın Tula vilayətinin Efremov şəhərində yaşayış binasının bir hissəsinin çökməsi nəticəsində 5 nəfər həlak olub.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, qaz partlayışından sonra Ximikov küçəsindəki binanın birinci girişi uçub, 8 mənzilə ziyan dəyib.
Dağıntılar altından 7 nəfər xilas edib. Şəhər hakimiyyəti qaz partlayışının baş verdiyi yaşayış binasının girişinin uçması ilə əlaqədar övqəladə vəziyyət rejimi tətbiq edib.