Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda, Seyba çayında quraşdırılan bəndin uçması nəticəsində altı nəfər ölüb, 10 nəfər itkin düşüb.

Bu barədə Ria “Novosti”yə ölkənin Fövqəladə Hallar Nazirlyindən məlumat verilib.

Diyarın FHN rəsmisi bildirib ki, yerli vaxtla saat 02:00 da qızıl mədən artelinin texnoloji anbarının bəndi uçub. Nəticədə işçi qəsəbəsində olan iki müvəqqəti yataqxana su altında qalıb.

“20 nəfər xəsarət alıb. Onlardan 6-sı ölüb, 14 nəfər isə xəstəxanaya aparılıb. Digər 10 nəfərin taleyi məlum deyil”.

Ən yaxın Artyomovsk şəhərindən bütün təcili yardım xidmətləri əraziyə göndərilib.

İstinadlar Report