Rusiyada yaşayış evində yanğın olub.

Məlumata görə, hadisə Tomsk vilayətində, Asinovsk rayonunda baş verib. Priçulımsk qəsəbəsində birmərtəbəli taxta evdə baş verən güclü yanğın zamanı 9 nəfər həlak olub.

Qeyd edilir ki, hadisə zamanı evdə 11 nəfər olub. Onlardan 2-i xilas olub. Uçmuş evin dağıntıları altından bir neçə nəfərin meyiti çıxarılıb.

İstinadlar Report