Rusiyanın paytaxtı Moskva şəhərinin Krasnodarskaya küçəsində yerləşən “Aşkım” restoran və ziyafət zalında güclü yanğın olub.
Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Yanğın 350 kvadratmetr ərazini əhatə edib. Restoranın damı qismən uçub, işçilər və ziyarətçilər, ümumilikdə 12 nəfər oradan özləri çıxıb.