Dağıstanın Qayakənd rayonunun “Kavkaz” federal avtomobil yolunda “Lada Qranta” və “Hyundai Solaris” markalı avtomobillər Azərbaycan dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində 2 nəfər həlak olub, 8 nəfər ağır yaralı olaraq Qayakənd xəstəxanasına yerləşdirilib.

Ölənlər 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir.

Məlumata görə, yaralılar arasında üç Azərbaycan vətəndaşı da var.

Hadisə şahidlərinin sözlərinə görə, qəzanı “Hyundai Solaris”in sürücüsü törədib.

İstinadlar Qafqazinfo