
Rusiyanın Vladimir vilayətinin Petuşinski rayonunda avtobus “KamAZ”la toqquşub.
Bu barədə Regional Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb, ölən yoxdur.
“Hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Beş nəfər Petuşinski rayon Xəstəxanasına yerləşdirilib: 4 nəfərin vəziyyəti orta-ağırdır, digər yaralı isə reanimasiyada, vəziyyəti ağırdır. Ölən yoxdur”, – məlumatda bildirilir.