Çərşənbə axşamı səhər Rusiyanın Barnaul şəhər aeroportunda 6 nəfər təyyarənin trapından yıxılaraq xəsarət alıb.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.

Hadisə Barnauldan Domodedovo hava limanına uçmalı olan “Ural Hava Yolları” aviaşirkətinə məxsus təyyarədə baş verib. Təyyarəyə minən zaman 6 nəfər trapdan yıxılıb. Onlar müxtəlif dərəcəli travmalar alıblar, əsasən də əziliblər. İki nəfər xəstəxanaya yerləşdirilib.

İstinadlar Report