Rusiyanın Saratov vilayətində 5 nəfər dəm qazından boğularaq ölüb.

Bunu regional hökumətin sədr müavini Roman Busargin bildirib.

Onun sözlərinə görə, hadisə vilayətin Engels rayonunun Uzmore kəndində baş verib: “5 nəfər ölüb. Onların dəm qazından boğulduğu ehtimal edilir. Ölənlərdən 4-ü yetkinlik yaşına çatmayıb, 1-i isə qadındır”.

Hadisə Uzmore kəndindəki şəxsi evlərdən birində baş verib.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Report